Premyer Liqa: "Qarabağ" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Qarabağ" "Səbail"ə qalib gəlib Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib
Futbol
27 Oktyabr , 2017 21:26
Premyer Liqa: Qarabağ Səbailə qalib gəlib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

“Report” xəbər verir ki, ilk oyun günündə lider "Qarabağ" debütant "Səbail"i qəbul edib.

Ağdam təmsilçisi azlıqda qaldığı oyunda rəqibini üstələməyi bacarıb – 1:0.

Oyunda yeganə qola 90-cı dəqiqədə Əfran İsmayılov imza atıb.

Bu qalibiyyətdən sonra xalını 22-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. "Səbail" isə 9 xalla 6-cı sıradadır.

Qeyd edək ki, X turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək. Oktyabrın 28-də "İnter" "Kəpəz"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək. Ertəsi isə “Neftçi" – “Sumqayıt” oyunu baş tutacaq.

Azərbaycan Premyer Liqası

X tur

27 oktyabr (cümə)

"Qarabağ” – "Səbail” - 1:0

Qol: Əfran İsmayılov, 90

Qırmızı vərəqə: Ansi Aqolli, 42 ("Qarabağ")

Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Kərim Ağayev

Bakı. "Azersun Arena”

Son xəbərlər

Orphus sistemi