​Premyer Liqa: "Qarabağ" qalib gəlib, "Qəbələ" məğlub olub

​Premyer Liqa: "Qarabağ" qalib gəlib, "Qəbələ" məğlub olub "Qəbələ"nin 15 oyunluq məğlubiyyətsizlik seriyası sona çatıb
Futbol
12 Sentyabr , 2015 23:30
​Premyer Liqa: Qarabağ qalib gəlib, Qəbələ məğlub olub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqası çərçivəsində 4-cü turun oyunlarına start verilib.

"Report" xəbər verir ki, Bakıda "İnter"in qonağı olan Qəbələnin eyniadlı klubu çempionatda ilk məğlubiyyəti ilə üzləşib.

"Qəbələ" Bakı klubunun vurduğu iki qola yalnız bir qolla cavab verə bilib. Bununla da, "Qəbələ"nin 15 oyunluq məğlubiyyətsizlik seriyası sona çatıb.

Turun digər görüşündə "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edib və qarşılaşma Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Bu tur, həmçinin "Kəpəz" klubu ilk qələbəsini qazanıb. Komanda doğma meydanda AZAL-ı 1:0 hesabı ilə məğlub edib.

Turun digər görüşləri sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası. IV tur

"Qarabağ" - "Xəzər Lənkəran" - 1:0

Qol: Samuel Armenteros, 73 (1:0)

"İnter" - "Qəbələ" - 2:1

Qollar: Dieqo Martins, 10, 29 (2:0), Aleksey Antonov, 84 (2:1)

"Kəpəz" - AZAL - 1:0

Qol: Dario Federiko, 28 (1:0)

Son xəbərlər

Orphus sistemi