Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində "Qarabağ" Suraxanıda "Neftçi"ni qəbul edib.
"Report"un məlumatına görə, oyun komandaların 1:1 hesablı heç-heçəsi ilə başa çatıb.
Oyunda hesabı "Neftçi" açıb: 61-ci dəqiqədə Erik Ramos fərqlənib. "Qarabağ"ın cavab qolu artırma dəqiqələrində vurulub. Riçard Almeyda 90-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Azərbaycan Premyer Liqası, VI tur
“Qarabağ” – “Neftçi” - 1:1
Qollar: Erik Ramos, 61 (0:1), Riçard Almeyda, 90 (1:1)