Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan çempionatının 12-ci turu çərçivəsində növbəti qarşılaşmalar baş tutub.
"Report" xəbər verir ki, çempionatın lideri "Qarabağ" səfərdə qələbə qazanıb, flaqman "Neftçi" isə doğma meydanda autsayderə məğlub olub.
Premyer Liqa, 12-ci tur
"Xəzər Lənkəran" - "Qarabağ" - 0:1
Qol: Əfran İsmayılov, 33' [0-1]
"Neftçi" - "Rəvan" - 2:3
Qollar: Ruslan Qurbanov, 41 ' [1-0], Nicat Muxtarov, 47' [1-1], Yamin Ağakərimzadə, 49' [1-2], Ruslan Tağızadə, 65' [1-3], Ruslan Qurbanov, 90 ' [2-3].