​Polşanın kənd komandası yüksək liqaya vəsiqə qazanıb

​Polşanın kənd komandası yüksək liqaya vəsiqə qazanıb "Termalik" buna I divizionda finişə bir tur qalmış nail olub
Futbol
31 May , 2015 13:16
​Polşanın kənd komandası yüksək liqaya vəsiqə qazanıb

Bakı. 31 may. REPORT.AZ/ 750 nəfərin yaşadığı Neçaça kəndinin "Termalika" komandası Polşa çempionatının yüksək liqasına vəsiqə qazanıb.

"Report"un məlumatına görə, "Termalik" buna I divizionda finişə bir tur qalmış nail olub.

"Kənd komandası" 33-cü turda Sedltse "Poqon"unu 2:0 hesabı ilə yenərək, "Zaqlembe" ilə birgə Ekstraklassa yüksəlib.

Qeyd edək ki, "Termalika" 1922-ci ildə təsis olunub. Klub 2010-2011-ci il mövsümündən Polşanın I Divizionunda mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi