PFL: "Azərbaycan Kubokunun final oyunu mayın 28-də keçirilməyəcək"

PFL: "Azərbaycan Kubokunun final oyunu mayın 28-də keçirilməyəcək" Gələn həftə təqvimdə dəyişiklik baş verəcək
Futbol
15 Fevral , 2018 12:48
PFL: Azərbaycan Kubokunun final oyunu mayın 28-də keçirilməyəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal və final oyunlarının tarixlərində dəyişikliklər ediləcək. 

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib. Onun sözlərinə görə, aprelin 11-də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən, həmin gün və aprelin 18-də nəzərdə tutulan yarımfinal oyunlarının vaxtlarında "sürüşmə" baş verəcək. 

Final matçı isə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyinə təsadüf edən 28 may - Respublika günündə gerçəkləşməyəcək. M.Həsənov bunu həmin görüşdən bir gün sonra Azərbaycan və Qırğızıstan milliləri arasında yoldaşlıq görüşünün keçiriləcəyi ilə əlaqələndirib. O, konkret tarixlərlə bağlı qərarın, böyük ehtimalla, gələn həftə veriləcəyini vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinalında "Qəbələ" "Neftçi" ilə, "Keşlə" isə "Sumqayıt"la qarşılaşacaq.  

Son xəbərlər

Orphus sistemi