Yuxarı

Paraqvay çempionatında 14 yaşlı futbolçu qol vurub - VİDEO

Paraqvay çempionatında 14 yaşlı futbolçu qol vurub - VİDEO

Bakı. 5 noyabr. REPORT.AZ/ Paraqvay çempionatının XVII turunda ölkənin ən yaxşı iki komandası hesab olunan "Olimpiya" və "Serro Porteno" arasındakı matçda maraqlı hadisə yaşanıb.

"Report" xəbər verir ki, "Serro Porteno"nun heyətində 14 yaşlı futbolçu Fernando Ovelar qol vurub. Paraqvaylı futbolçu 6 yanvar 2004-cü ildə dünyaya gəlib.

Komandasının heyətində 2-ci rəsmi matçına çıxan hücumçu oktyabrın 29-da "3 Fevral" klubuna qarşı debüt edib və 60 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Olimpiya" - "Serro Porteno" görüşü heç-heçə başa ilə yekunlaşıb - 2:2.

Manaf QASIMBƏYLİ

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi