Yuxarı
    Bağlamaq

    ​PAOK-un futbolçusu: "Qəbələ" nəyə qadir olduğunu göstərdi"

    Bacardığımız qədər mübarizə aparacağıq

    Bakı. 16 sentyabr. REPORT.AZ/ "Fiziki hazırlığımda heç bir problem yoxdur. Özümü oyuna hazır hiss edirəm. Bacardığımı meydanda göstərəcəm". "Report"un məlumatına görə, bunu Yunanıstan PAOK-unun futbolçusu Aleksandros Tsiolis deyib.

    Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə oyun haqda fikirlərini bölüşən futbolçu bildirib: "Təcrübə və digər baxımdan "Qəbələ" daha az fərqlənə bilər. Amma buna ümid etmək olmaz. Çünki təcrübəsi az olsa da, "Panatinaikos"la oyunda nəyə qadir olduğunu göstərdi. Bacardığımız qədər mübarizə aparacağıq".

    "Qəbələ"nin taktiki hazırlığı barədə tam ətraflı məlumatlı olduğumuzu deyə bilmərəm. Amma onlara qarşı mübarizə aparmaq üçün lazım olan məlumatlara sahibik" - yarımmüdafiəçi söyləyib.

    Qeyd edək ki, "Qəbələ" - PAOK qarşılaşması sabah saat 22:00-da start götürəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi