"Panatinaikos" "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

"Panatinaikos" "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib Baş məşqçi Marinos Ouzounidis siyahıya 26 futbolçunun adını daxil edib
Futbol
22 İyul , 2017 11:39
Panatinaikos Qəbələ ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

Bakı. 22 iyul. REPORT.AZ/ “Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Yunanıstan təmsilçisi “Panatinaikos” iştirak ərizəsini UEFA-ya göndərib.

“Report” "sport24.gr" saytına istinadən xəbər verir ki, baş məşqçisi Marinos Ouzounidis siyahıya 26 futbolçunun adını daxil edib.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 12-si yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: 99. Odisseas Vlaxodimos, 15. Lyuk Stil, 1. Konstantinos Kotsaris, 23.

Müdafiəçilər: 31. Rodriqo Moledo, 4. Giorgos Kutroubis, 78. Usman Kulibali, Niklas Hult, 6. Dimitrios Kolovetsios, 41. Stefanos Evengelu, 25. Rasmus Telander

Yarımmüdafiəçilər: 10. Zeka, 21. Dimitris Kurbelis, 19. Lukas Villifanez, 17. Robin Lod, 7. Omri Altman, 39. Stefanos Çatzigiovannis, 26. Xristos Donis, 34. Paskalis Staykos, 46. Yannis Buzukis, 5. Nuno Reis, 47. Dimitrios Emmanulidis, 11. Brayan Kabezas

Hücumçular: 8. Gilyermo Molins, 49. Sotiris-Pantelis Pispas, 20. Lautaro Rinaldo, 18. Lusiano

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 27-də Yunanıstanda, cavab matçı isə avqustun 3-də Azərbaycanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi