Yuxarı

Odessada Əhməd Ələsgərovla vida mərasimi keçirilib

Mərhumun məzarı önünə Gənclər və İdman Nazirliyi, AFFA, eləcə də Neftçi adından əklil qoyulub

Bakı. 23 may. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində futbol üzrə Azərbaycan milli komandasının və "Neftçi" klubunun sabiq baş məşqçisi Əhməd Ələsgərovla vida mərasimi keçirilib. "Report"un məlumatına görə, mərasimə “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovla yanaşı, Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayev və qurumun vitse-prezidenti Rüstəm Rəhimov da qatılıb. 

Onlar mərhumun ailə üzvləri və yaxınlarına başsağlığı veriblər. Ə.Ələsgərovun məzarı önünə Gənclər və İdman Nazirliyi, AFFA, eləcə də "Neftçi" adından əklil qoyublar. 

Qeyd edək ki, Əhməd Ələsgərov uzun sürən xəstəlikdən sonra mayın 19-da 79 yaşında ikən vəfat edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi