Uels millisinin baş məşqçisi Rayan Giqqz bu gün "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionunda olub.
"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis daha sonra isə klubun bazasını və "Azərsun Arena"nı ziyarət edib.
Baş menecer Asif Əsgərov tərəfindən "Mançester Yunayted"in əfsanəsinə üzərində adı yazılmış "Qarabağ" forması hədiyyə olunub. Giqqz sonda komandanın baş məşqçisi
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.