Yuxarı

Norveç yığmasının baş məşqçisi Bakıda Maqnus Karlseni təbrik edib

Per-Matias Höqmo: Təəssüf ki, Karlsen bizim komandada oynamır

Bakı. 17 noyabr. REPORT.AZ/ Norveç milli komandasının baş məşqçisi Per-Matias Höqmo futbol üzrə AVRO-2016-nın seçmə qrup matçında Azərbaycan yığması üzərində səfər qalibiyyətini həmyerlisi Maqnus Karlsenin şahmat üzrə dünya çempionluğu uğrunda görüşdə hindistanlı Vişvanatan Anand üzərində qələbəsi ilə müqayisə edib. "Report"un məlumatına görə, 65 yaşlı mütəxəssis Karlsenin 6-cı turda əldə etdiyi zəfər münasibətilə təbrik edib. 

Bununla yanaşı, Höqmo Norveç yığmasının qələbəsinin də azarkeşlər üçün  az əhəmiyyət kəsb etmədiyini vurğulayıb: "Norveçdə insanlar futbolu sevirlər. Təəssüf ki, Karlsen bizim komandada oynamır". 

Qeyd edək ki, Norveç yığması Azərbaycan millisini Bakıda 1:0 hesabı ilə yenərək, xallarını 9-a çatdırıb. Maqnus Karlsen isə Vişvanatan Anandla matçda 6 turdan sonra 3,5:2,5 hesabı ilə öndədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi