Norveç millisinin baş məşqçisi Tarik Elyunussinin "Qarabağ"a keçidini dəyərləndirib

Norveç millisinin baş məşqçisi Tarik Elyunussinin "Qarabağ"a keçidini dəyərləndirib Lars Lagerbek bu keçidin Azərbaycan klubuna faydalı olacağını bildirib
Futbol
2 Sentyabr , 2017 01:25
Norveç millisinin baş məşqçisi Tarik Elyunussinin Qarabağa keçidini dəyərləndirib
Foto: Report.az

Oslo. 2 sentyabr. REPORT.AZ/ Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek yerli futbolçu Tarik Elyunussinin "Qarabağ"a keçidini dəyərləndirib.

"Report"un Osloya ezam olunmuş müxbirinin məlumatına görə, isveçli mütəxəssis bu keçidin Azərbaycan klubuna faydalı olacağını bildirib.

"Tarik Yunanıstanda pis oynamırdı. İndi isə Çempionlar Liqasında çıxış edən komandaya keçib. Hücumda yaxşı təsir bağışlayır. Komandaya kömək edir. İnanıram ki, "Qarabağ"a faydalı olacaq" deyə Lagerbek vurğulayıb.

Qeyd edək ki, Tarik Elyunussini "Qarabağ" Yunanıstan "Olimpiakos"undan bir illik icarəyə götürüb.

Son xəbərlər

Orphus sistemi