Nikola Yurçeviç: "İlk qolu standart vəziyyətdən buraxdıq"

Nikola Yurçeviç: "İlk qolu standart vəziyyətdən buraxdıq" Macarıstanı təbrik edirəm. Azərkeşlərə isə gözəl dəstəyə görə minnətdaram. İlk 20 dəqiqədə həyəcanlı idik. Rəqib standart vəziyyətlərdə təhlükəli idi. Yaxşı mübarizə apardıq. Macarıstanı təhlil etdik. Ancaq ən vacib olanı nəticədir. Buna görə də üzgünük. İlk qolu standart vəziyyətdən buraxdıq. Rəqibin təhlükəli olduğunu bilirdik. Qol vurduqdan sonra 3-cü qolu tez buraxdıq. Bəxt amili də öz sözünü dedi. Düşünürəm ki, daha çoxuna layiq idik.
Futbol
8 İyun , 2019 22:51
Nikola Yurçeviç:  İlk qolu standart vəziyyətdən buraxdıq
Report/Elchin Murad

"Macarıstanı təbrik edirəm. Azərkeşlərə isə gözəl dəstəyə görə minnətdaram. İlk 20 dəqiqədə həyəcanlı idik. Rəqib standart vəziyyətlərdə təhlükəli idi. Yaxşı mübarizə apardıq. Macarıstanı təhlil etdik. Ancaq ən vacib olanı nəticədir. Buna görə də üzgünük. İlk qolu standart vəziyyətdən buraxdıq. Rəqibin təhlükəli olduğunu bilirdik. Qol vurduqdan sonra 3-cü qolu tez buraxdıq. Bəxt amili də öz sözünü dedi. Düşünürəm ki, daha çoxuna layiq idik".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Macarıstana 1:3 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

53 yaşlı mütəxəssis bildirib ki, komanda meydanda çox yaxşı idi: "Əsas fərq standart vəziyyətlər idi. Rəqib yaxşı pressinq edirdi. Bunu görə də irəliyə oynamaq çətin olurdu. Rahil Məmmədov həyəcanlı idi. Onu tənqid etmək istəmirəm. Mərkəz müdafiəçisi mövqeyində böyük rəqabətimiz yoxdur".

Xorvatiyalı məşqçi komandanın hücum xətti ilə bağlı da danışıb: "Düşünürəm ki, hücum xətti ilə bağlı səhv seçim etmişdik. Komanda olaraq yaxşı mübarizə apardığımızı deyə bilərəm".

Yurçeviç hər şeyin pozitiv olmadığını deyib: "Nəticəyə görə çox məyusam. Renat Dadaşov və Dmitri Nazarov fasilədən sonra yaxşı oynadı. İlk hissədə yaxşı deyildilər. Nazarov nəsə etməyə çalışırdı. Düşünürəm ki, dəyişikliklər də matçı canlandırdı. Oyunda müsbət məqamlar yoxdur. Bu günkü qarşılaşmanı unudub növbəti matçı fikirləşməliyik. İki gün ərzində Slovakiyaya qarşı oyunun heyətini müəyyənləşdirəcəyik".

Baş məşqçi Ramil Şeydayevi cinahda oynatması ilə bağlı isə bunları söyləyib: "Onunla danışmışdım. Şeydayev Rusiya çempionatında cinahda oynayıb. Onun cinahda oynatmaqla komandanı daha təhlükəli etmək istəyirik".

Xorvatiyalı mütəxəssis bildirib ki, futboldakı reytinq komandaların səviyyələrini göstərir: "Ancaq bu o demək deyil ki, biz əlimizi-qolumuzu sallamalıyıq. Mübarizə aparmaq lazımdır'.

Məşqçi komandanın AVRO-2020-dəki şanslarından da söz açıb: "Biz çalışırıq ki, ən yaxşısını edək. Xorvatiya ilə oyunda xal qazana bilərdik. Bu gün də məqsəd yaxşı nəticə idi. Amma alınmadı. Slovakiya ilə görüşdə yaxşı nəticə qazansaq, nəyəsə nail ola bilərik".

Son xəbərlər

Orphus sistemi