Yuxarı

Neymarın 35 şirkətlə sponsorluq müqaviləsi var

Neymarın 35 şirkətlə sponsorluq müqaviləsi var

Bakı. 11 dekabr. REPORT.AZ/ Fransanın PSJ klubunun hücumçusu Neymar İtaliya "Yuventus"unun oyunçusu Kriştianu Ronaldudan sonra dünyanın ən brend futbolçusudur.

"Report"un məlumatına görə, braziliyalı forvardın sponsorlarla qüvvədə olan 35 müqaviləsi var. PSJ-dəki illik 63 milyon avro əmək haqqıdan əlavə, o, sponsor anlaşmalarından 15,5 milyon avro qazanır.

Qeyd edək ki, Neymarı sosial şəbəkədə 106 milyon izləyir. Bu göstəricidə "sambaçı" Lionel Messi (102 milyon), Devid Bekhem (52 milyon), Lebron Ceymsdən (45 milyon) öndədir. Lider isə yenə Kriştianu Ronaldudur - 147 milyon. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi