Neymar və Kavani soyunma otağında pul üstündə əlbəyaxa olub

Neymar və Kavani soyunma otağında pul üstündə əlbəyaxa olub Söhbət ən yaxşı bombardirə veriləcək bonusdan gedir
Futbol
19 Sentyabr , 2017 07:06
Neymar və Kavani soyunma otağında pul üstündə əlbəyaxa olub

Bakı. 19 sentyabr. REPORT.AZ/ Fransanın PSJ klubunun Braziliya və uruqvaylı futbolçuları Neymar və Kavani pul üstündə əlbəyaxa olublar.

"Report" xəbər verir ki, insident "Lion" üzərində qazanılan 2:0-lıq qələbədən sonra soyunub-geyinmə otağında baş verib.

Lakin komanda yoldaşları, xüsusilə də, Tyaqo Silva və Markinyos onları dava etməyə qoymayıblar.

Kavaninin müqaviləsində mövsümün sonunda çempionatı ən yaxşı bombardir kimi bitirəcəyi təqdirdə uruqvaylıya təqribən 1 milyon avro veriləcəyinə dair bənd yer alıb.

Qeyd olunur ki, ötən mövsümlərdə PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç bombardirlər siyahısında birinci yeri tutduğuna görə 1,5 milyon avro alıb.

Son xəbərlər

Orphus sistemi