"Neftçi" və "İnter" komandaları qələbə qazanıb

"Neftçi" və "İnter" komandaları qələbə qazanıb Azərbaycan Kubokunun 1/4 finalında daha iki oyunu keçirilib
Futbol
13 Dekabr , 2016 19:02
Neftçi və İnter komandaları qələbə qazanıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalında daha iki oyun başa çatıb. 

"Report"un məlumatına görə, "Neftçi" səfərdə "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib.

Oyun qonaqların üstünlüyü şəraitində keçib. "Ağ-qaralar"ın heyətində Jonas Pesalli het-trik edib. Nəticədə "Neftçi" 3:0 hesablı qələbə qazanıb.

"İnter" isə doğma azarkeşlər önündə Gəncənin "Kəpəz" klubu ilə qarşılaşıb. Əyalət təmsilçisi bu görüşdə məğlub tərəf olub. Paytaxt klubunda Rauf Əliyev və Nizami Hacıyev fərqlənib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi