Yuxarı
    Bağlamaq

    ​"Neftçi" Ukraynanın "Volın" klubunu məğlub edib

    Qarşılaşma 4-3 hesabı ilə komandamızın xeyrinə başa çatıb

    Bakı. 22 yanvar. REPORT.AZ/ “Neftçi” PFK Antalya təlim-məşq toplanışı çərçivəsində 4-cü yoxlama oyununu keçirib.

    "Report" klubun saytına istinadən xəbər verir ki, komandamız Ukraynanın “Volın” klubu ilə qarşılaşıb.

    Görüş “Neftçi”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Denis Silva, Karlos Kardoso, Ruslan Qurbanov və Ernest Nfor fərqlənib.

    Qeyd edək ki, “Neftçi” bunadək Antalyada Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Kayseri Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1) klubları ilə üz-üzə gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi