Bakı. 22 yanvar. REPORT.AZ/ “Neftçi” PFK Antalya təlim-məşq toplanışı çərçivəsində 4-cü yoxlama oyununu keçirib.
"Report" klubun saytına istinadən xəbər verir ki, komandamız Ukraynanın “Volın” klubu ilə qarşılaşıb.
Görüş “Neftçi”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Denis Silva, Karlos Kardoso, Ruslan Qurbanov və Ernest Nfor fərqlənib.
Qeyd edək ki, “Neftçi” bunadək Antalyada Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Kayseri Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1) klubları ilə üz-üzə gəlib.