Bakı. 11 iyul. REPORT.AZ/ Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” və Makedoniyanın “Şkendiya” komandaları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.
"Report"un məlumatına görə, biletlərə 1 manat, 3 manat və VİP yerlər üçün 10 manat qiymət qoyulub.
Biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, iyulun 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkendiya” oyunu saat 20:00-da başlayacaq.