"Neftçi" Qəbələdən xalsız qayıdıb

"Neftçi" Qəbələdən xalsız qayıdıb Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub
Futbol
3 Fevral , 2017 19:11
Neftçi Qəbələdən xalsız qayıdıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub. 

"Report"un məlumatına görə, günün ikinci matçında "Qəbələ" klubu "Neftçi"yə öz meydanında 1:0 hesabı ilə qalib gəlib. 

Qəbələdəki oyun maraqlı, gərgin mübarizə şəraiitndə keçirib. Komandaların səylərinə baxmayaraq, ilk hissədə hesab açılmayıb. Matçın ikinci hissəsində meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçukun əvəzləməsi nəticəni müəyyənləşdirib. Üç ilə yaxın fasilədən sonra "qırmızı-qaralar"a qayıdan Daniel Subotiç dönüşünü qolla qeyd edib. İsveçrəli hücumçu qarşılaşmanın 77-ci dəqiqəsində yenidən komanda yoldaşı olduğu Ürfan Abbasovun ötürməsini başla tora göndərib. Həmin epizodda qonaqlar oyundankənar vəziyyətə işarə etsə də, qol sayılıb.

Oyunun uzatma dəqiqələrində isə baş hakim Fariz Yusifov Qriqorçuku "Neftçi"dəki köməkçi məşqçi ilə mübahisə etdiyinə görə "texniki zona"dan qovub. 

Son xəbərlər

Orphus sistemi