"Neftçi" "Qəbələ" ilə yollarını ayıran qapıçını transfer edib - YENİLƏNİB

"Neftçi" "Qəbələ" ilə yollarını ayıran qapıçını transfer edib - YENİLƏNİB 29 yaşlı qolkiper 30 nömrəli formanı geyinəcək
Futbol
7 Yanvar , 2019 11:50
Neftçi Qəbələ ilə yollarını ayıran qapıçını transfer edib - YENİLƏNİB

Bakı. 7 yanvar. REPORT.AZ/ "Neftçi” klubu daha bir transferi rəsmiləşdirib. 

"Report" flaqmanın rəsmi saytına istinadən xəbər verir ki. təcrübəli qapıçı Aqil Məmmədovla 1,5 illik müqavilə bağlanıb. 29 yaşlı qolkiper 30 nömrəli formanı geyinəcək.

Bunadək "Bakı”, AZAL, "Qəbələ” klublarında çıxış etmiş Məmmədov 2015-2016-cı illərdə "Neftçi”nin qapısını qoruyub. O, Azərbaycanın milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanyıb.


*** 11:41

“Qəbələ” futbol komandası qapıçı Aqil Məmmədovla yollarını ayırıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2017-ci ilin yayından əyalət təmsilçisinin heyətində yer alan Məmmədov 9 matçda meydana çıxıb.

Qeyd edək ki, Aqil Məmmədovun karyerasını “Neftçi”də davam etdirəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi