"Neftçi" - "Qarabağ" oyununda qalib müəyyənləşməyib - VİDEO

"Neftçi" - "Qarabağ" oyununda qalib müəyyənləşməyib - VİDEO Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.
Futbol
1 Noyabr , 2019 22:03
Neftçi - Qarabağ oyununda qalib müəyyənləşməyib - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

"Report"un məlumatına görə, həftənin açılış oyununda ikinci sıradakı "Neftçi" lider "Qarabağ"ı qəbul edib. "Bakcell Arena"da baş tutan matçda hesab açılmayıb.

Bu heç-heçədən sonra xalını 26-ya çatdıran Ağdam təmsilçisi cari çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirib. Paytaxt komandası isə xalını 18-ə yüksəldib.

Qeyd edək ki, tur sabah keçiriləcək "Səbail" - "Keşlə" görüşü ilə davam edəcək. Bazar günü isə "Zirə" - "Sumqayıt""Qəbələ" - "Sabah" duelləri olacaq.

Son xəbərlər

Orphus sistemi