Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.
"Report"un məlumatına görə, həftənin açılış oyununda ikinci sıradakı "Neftçi" lider "Qarabağ"ı qəbul edib. "Bakcell Arena"da baş tutan matçda hesab açılmayıb.
Bu heç-heçədən sonra xalını 26-ya çatdıran Ağdam təmsilçisi cari çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirib. Paytaxt komandası isə xalını 18-ə yüksəldib.
Qeyd edək ki, tur sabah keçiriləcək "Səbail" - "Keşlə" görüşü ilə davam edəcək. Bazar günü isə "Zirə" - "Sumqayıt" və "Qəbələ" - "Sabah" duelləri olacaq.