"Neftçi" - "Qarabağ" oyunu El Klasikoya görə tez start götürəcək

"Neftçi" - "Qarabağ" oyunu El Klasikoya görə tez start götürəcək Növbəti turun qarşılaşmalarının başlama saatları açıqlanıb
Futbol
22 Oktyabr , 2018 14:31
Neftçi - Qarabağ oyunu El Klasikoya görə tez start götürəcək
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib. 

"Report" çempionatın yayımçısı "CBC Sport" telekanalına istinadən xəbər verir ki, tura oktyabrın 27-də "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Həmin qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" və "Zirə" arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək. 

Növbəti günün ilk görüşündə "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Tura mərkəzi qarşılaşma hesab olunan "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandaların dueli saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması İspaniya La Liqasında El Klasiko adlandırılan "Barselona" - "Real Madrid" matçının saat 19:15-də başlaması ilə əlaqədardır. 

Son xəbərlər

Orphus sistemi