"Neftçi"nin yay hazırlıq planı dəqiqləşib

"Neftçi"nin yay hazırlıq planı dəqiqləşib Klub 3 mərhələli təlim-məşq toplanışı keçəcək
Futbol
20 İyun , 2017 18:32
Neftçinin yay hazırlıq planı dəqiqləşib

Bakı. 20 iyun. REPORT.AZ/ "Neftçi” futbol klubunun əsas komandasının 2017/2018 mövsümünə hazırlıq planı müəyyənləşib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təlim-məşq toplanışı 3 mərhələdən ibarət olacaq.

İyunun 24-25-də tibbi baxışdan keçəcək komanda üzvləri ayın 26-da Bakıda toplanışa başlayacaqlar. Bir ayadək davam edəcək hazırlıq prosesində 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. İyulun 12-də "Kəpəz”lə qarşılaşacaq "Neftçi”nin ayın 15-də, 19-da və 22-dəki rəqibləri dəqiqləşməyib.

"Ağ-qaralar" iyulun 24-dən hazırlığa Avstriyanın Kirxdorf bölgəsində davam edəcəklər. İyulun 26-da Almaniyanın "Şalke” klubu ilə yoxlama oyunu keçirəcək "Neftçi"nin digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2-3-də baş tutacaq. "Neftçi” avqustun 4-də Avstriyadakı hazırlığı başa vuraraq Bakıya qayıdacaq və çempionatın startınadək paytaxtda hazırlıq keçəcək. 

Son xəbərlər

Orphus sistemi