"Neftçi"nin qapıçısı: "Gərək düzünü deyəsən"

"Neftçi"nin qapıçısı: "Gərək düzünü deyəsən" "Heç bir futbolçu oynamadan ulduz olmur"
Futbol
14 Yanvar , 2016 16:10
Neftçinin qapıçısı: Gərək düzünü deyəsən

Bakı. 14 yanvar. REPORT.AZ/ "Belə turnirlərin təşkili mövsümün ikinci yarısı öncəsi təcrübə toplama baxımından yaxşı haldır. Nə vaxtdandır oynamırdıq. Komandanın gücünü gördük". Bunu "Neftçi"nin qapıçısı Aqil Məmmədov AZAL-ı 1:0 hesabı ilə yendikləri CBC Sport Kubokunun ilk tur matçından sonra "Report"a açıqlamasında deyib.

"Xəzər Lənkəran", "Kəpəz" və "Rəvan"ın turnirdən çəkilməsi barədə danışmaq istəməyən 27 yaşlı qolkiper flaqmanın öz işini plan üzrə gördüklərini bildirib. Məmmədovun fikrincə, hazırkı heyətlə "Neftçi" çox şeyə qadirdir: "Sadəcə, futbolda gərək mübarizə aparasan. Dünyada heç bir futbolçu oynamadan ulduz olmur. Yalnız oynamaq lazımdır. Turnir cədvəlindəki mövqeyimiz narahatedici deyil. İkinci pillədəki komandadan cəmi 6 xal aralıyıq. "İnter"lə hələ 2 oyunumuz var. Yəni ikinci yeri tutmağa tam şansımız var. Gərək düzünü deyəsən: Hədəfimiz ikinci pillə və Azərbaycan Kubokudur".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısını 24 xalla 6-cı pillədə başa vurub. Ölkə kubokunun 1/4 finalında isə rəqib "Xəzər Lənkəran" olacaq. 

Son xəbərlər

Orphus sistemi