Yuxarı
    Bağlamaq

    "Neftçi"nin məşqçilər heyəti legioner limitini pozduqları üçün cərimələnəcək

    Bu barədə klubun açıqlamasında bildirilir

    Bakı. 25 aprel. REPORT.AZ/ "Zirə" ilə Azərbaycan Premyer Liqasının XXVII tur matçında legioner limitini pozan "Neftçi" klubu AFFA İntizam Komitəsinin tətbiq etdiyi texniki məğlubiyyət cəzasına etiraz etməyəcək. 

    "Report"un məlumatına görə, bu barədə klubun açıqlamasında bildirilir. "Ağ-qaralar" qərara hörmətlə yanaşdıqlarını və müvafiq tədbir görəcəklərini bəyan edib: "Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək".

    Qeyd edək ki, "Zirə" ilə oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limiti pozulub. İntizam Komitəsi görüşün nəticəsini ləğv edərək, "Neftçi"yə texniki məğlubiyyət verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi