"Neftçi"nin keçmiş qapıçısı "Arsenal"da çalışacaq

"Neftçi"nin keçmiş qapıçısı "Arsenal"da çalışacaq Vyaçeslav Çanov Rusiya komandasına qapıçılarla işləyən məşqçi təyin olunub
Futbol
17 Yanvar , 2017 00:28
Neftçinin keçmiş qapıçısı Arsenalda çalışacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyanın Tula şəhərini təmsil edən "Arsenal" komandasına qapıçılarla işləyən məşqçi təyin olunub.

"Report"un məlumatına görə, bu, "Neftçi"nin keçmiş qolkiperi Vyaçeslav Çanovdur.

65 yaşlı mütəxəssis klubun məşqçilər heyətinə daxil edilib. O, Rusiyada qapıçılarla iş üzrə nüfuzlu mütəxəssislərdən sayılır. Onun yetirmələri arasında hazırda MOİK və Rusiya yığmasının qapısını qoruyan İqor Akinfeyev də var. Çanovun son iş yeri də MOİK olub. "Arsenal"da isə təcrübəli mütəxəssisin yetirməsi Vladimir Qabulov olacaq.

Rusiya Premyer Liqasında çıxış edən "Arsenal" 17 turdan sonra 12 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, əslən Rusiyadan olan Vyaçeslav Çanov 1985-1986-cı illərdə "Neftçi"də çıxış edib. O, 33 oyuna 35 top buraxıb. Çanov 1981-ci ildə SSRİ-nin ən yaxşı qapıçısı sayılıb.

Son xəbərlər

Orphus sistemi