Yuxarı

"Neftçi"nin kapitanı: "Sperantsa"nı keçək, sonra "Arsenal" haqqında danışarıq"

​"Neftçi"nin kapitanı: "Sperantsa"nı keçək, sonra "Arsenal"

"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Moldova "Sperantsa"sını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra müsahibə verib.

27 yaşlı yarımmüdafiəçi "Report"un Kişineuya ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.

- Qarşılaşmanı necə şərh edərdiniz?

- Çətin matç alındı. Ən azı ona görə ki, qəribə topla oynadıq. Həyatımda ilk dəfədir belə topla oynayırdım. Meydança ağır idi. Rəqib qarşılaşmadan öncə qazonu sulamamışdı.

- Bilərəkdən?

- Bunu etməkdən imtina etdilər ki, bizə çətin olsun. Ancaq əsas odur ki, nəticəni qazandıq. Hansı ki cavab görüşündə bizi qane edəcək. Ancaq arxayınlaşmaq olmaz.

- Hər-halda 3:0 hesabı cavab matçına optimist baxmağınıza imkan verir?

- Boşalmaq olmaz. Futbolda məğlubiyyətlərin əvəzini çıxmaq halları baş verir.

- Hesab etmirsiniz ki, "Sperantsa"nın gücünü şişitrdik? Deyirdik ki, onlar yaxşı formadadır, çempionatları davam edir, "Neftçi" isə hələ hazır deyil. Bütün bunların fonunda səfərdə 3:0 hesabı ilə qələbə qazanırıq...

- Hesab etmirəm ki, rəqibin gücünü şişirtmişik. Bu, həqiqətdir ki, onlar indi formadadır. Hər həftə oynayırlar. Mənim də çox səhvlərim oldu. Adətən belə vəziyyətlərdə səhv etmərəm. Topla olanda çox fikirləşməli olursan ki, nəticədə itkiyə yol verirdim. Fikrimcə, oyun kondisiyasının çatışmazlığı ilə bağlıdır. Bu, öz sözünü deyir.

- Bu qələbə "Neftçi"ni 2-ci mərhələyə yaxınlaşdırdı. Orada isə sizi Rusiya "Arsenal" gözləyir. Vaxtilə Rusiya Premyer Liqasında çıxış etmiş futbolçu kimi nu komandaya qarşı oynamaq ikiqat xoş olacaq?

- Mənə maraqlı olacaq. Ancaq gəlin, əvvəlcə "Sperantsa"nı keçək. Bundan sonra artıq "Arsenal" haqda danışarıq.

- Bakıdakı cavab matçından nə gözləyirsiniz?

- Evdə daha çox hücum edəcəyik. Bir qədər fərqli futbol göstərəcəyik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi