“Neftçi”nin İran komandası ilə oyunu ləğv olunub
Futbol
- 19 yanvar, 2019
- 09:46
Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin İranın “İstiqlal” komandası ilə nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.
“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb baş məşqçi Roberto Bordinin qərarıdır. İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib.
Qeyd edək ki, matç yanvarın 20-də keçirilməli idi. “Neftçi” ilk yoxlama görüşündə Rumıniyanın “Qaz Metan” komandasını 3:0 hesabı ilə məğlub edib. Bakılılar yanvarın 23-də “Slovan” (Liberes, Çexiya), yanvarın 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə görüşəcəklər.
Son xəbərlər
13:02
Video
Türkiyədə liseyə silahlı hücumla bağlı geniş araşdırma başlayıb - YENİLƏNİB-2
Region13:01
Foto
İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
Xarici siyasət12:54
Qvadelupada baş verən insidentdə şəxsin öldürülməsi sərt tənqid edilib
Xarici siyasət12:50
Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Fərdi12:49
Sabah yağış yağacaq
Ekologiya12:49
Volodimir Zelenski müharibə bitəndən 3 il sonra hərbi çağırışın davam etdirilməsi barədə qanunu imzalayıb
Digər ölkələr12:47
Orxan Məmmədov: Süni intellekt biznes xərclərini 30 %-ə qədər azalda bilər
Daxili siyasət12:45
Foto
Avropa çempionatına qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirilib
Fərdi12:45