​"Neftçi"nin futbolçusu yenidən milliyə dəvət olunmasından danışıb

​"Neftçi"nin futbolçusu yenidən milliyə dəvət olunmasından danışıb Araz Abdullayev komandanın Serbiya və Norveç ilə matçına çağırılıb
Futbol
22 May , 2015 21:58
​Neftçinin futbolçusu yenidən milliyə dəvət olunmasından danışıb

Bakı. 22 may. REPORT.AZ/ "Neftçi" klubunun futbolçusu Araz Abdullayev yenidən Azərbaycan yığma komandasına dəvət almasından danışıb.

"Report"un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi jurnalistlərə açıqlamasında dəvətə görə baş məşqçi Robert Prosineçkiyə minnətdarlıq edib.

"Axır vaxtlar öz üzərimdə çox çalışırdım və buna görə dəvətin gələcəyini gözləyirdim. Gələcək oyunlarda milliyə xeyir verməyə çalışacaq və uğurlu nəticələr üçün əlimdən gələni edəcəyəm", - deyə A.Abdullayev bildirib.

Qeyd edək ki, Araz Abdullayev Azərbaycan millisinin iyunun 7-də Serbiya ilə yoldaşlıq görüşünə, bundan 4 gün sonra isə Norveç ilə Avro-2016 seçmə qrup matçına dəvət alıb.

Son xəbərlər

Orphus sistemi