Yuxarı

​"Neftçi"nin futbolçusu Kataloniya klubu ilə danışıqlara başlayıb

Melli bu həftə Ripoll klubuna cavab verməlidir

Bakı. 7 mart. REPORT.AZ/ Daha bir legioner futbolçusu tezliklə "Neftçi" klubunu tərk edə bilər. "Report"un "Emporda" nəşrinə istinadən verdiyi məlumata görə, bu, ispaniyalı müdafiəçi Xuan Alberto Andreu Alvarado Mellidir.

32 yaşlı oyunçu Kataloniya bölgəsinin ikinci liqasında mübarizə aparan "Ripoll" klubu ilə danışıqlar aparır. Razılaşma olacağı təqdirdə, Melli karyerasını vətənində davam etdirəcək. Onunla yanaşı, sabiq "Espanyol"lu Raul Tamudo da David Zuritanın baş məşqçi olduğu komandaya bu həftə cavab deməlidir. 

Qeyd edək ki, Melli ötən ilin yayında "Neftçi" ilə 1+1 illik müqavilə imzalayıb. Təcrübəli müdafiəçi "Neftçi"dən öncə "Betis" (İspaniya), "Tenerife" (İspaniya), "Gent" (Belçika), "Şerif" (Moldova), "Erqotelis" (Yunanıstan) və "Simurq" (Azərbaycan) klublarında çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi