​"Neftçi"nin futbolçusu Kataloniya klubu ilə danışıqlara başlayıb

​"Neftçi"nin futbolçusu Kataloniya klubu ilə danışıqlara başlayıb Melli bu həftə "Ripoll" klubuna cavab verməlidir
Futbol
7 Mart , 2016 10:13
​Neftçinin futbolçusu Kataloniya klubu ilə danışıqlara başlayıb

Bakı. 7 mart. REPORT.AZ/ Daha bir legioner futbolçusu tezliklə "Neftçi" klubunu tərk edə bilər. "Report"un "Emporda" nəşrinə istinadən verdiyi məlumata görə, bu, ispaniyalı müdafiəçi Xuan Alberto Andreu Alvarado Mellidir.

32 yaşlı oyunçu Kataloniya bölgəsinin ikinci liqasında mübarizə aparan "Ripoll" klubu ilə danışıqlar aparır. Razılaşma olacağı təqdirdə, Melli karyerasını vətənində davam etdirəcək. Onunla yanaşı, sabiq "Espanyol"lu Raul Tamudo da David Zuritanın baş məşqçi olduğu komandaya bu həftə cavab deməlidir. 

Qeyd edək ki, Melli ötən ilin yayında "Neftçi" ilə 1+1 illik müqavilə imzalayıb. Təcrübəli müdafiəçi "Neftçi"dən öncə "Betis" (İspaniya), "Tenerife" (İspaniya), "Gent" (Belçika), "Şerif" (Moldova), "Erqotelis" (Yunanıstan) və "Simurq" (Azərbaycan) klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi