“Neftçi”nin futbolçusu: “Həmişə vuruşmuşuq”

“Neftçi”nin futbolçusu: “Həmişə vuruşmuşuq” “Neftçi”nin futboluçusu Dario Frederiko Premyer Liqanın VIII turunda “Zirə”ni məğlub etdikləri (3:0) oyundan sonra brifinq keçirib.
Futbol
20 Oktyabr , 2019 20:34
“Neftçi”nin futbolçusu: “Həmişə vuruşmuşuq”

“Neftçi”nin futboluçusu Dario Frederiko Premyer Liqanın VIII turunda “Zirə”ni məğlub etdikləri (3:0) oyundan sonra brifinq keçirib.

“Report” xəbər verir ki, yarımmüdafiəçi öncə oyun haqqında fikirlərini bölüşüb.

- Ardıcıl üçüncü dəfə qələbə qazandıq, ikinci yerdəyik. Bununla kifayətlənməməli, üzərimizdə çalışmalıyıq. Çalışmaqla daha yaxşı nəticələr əldə ediləcək.

- “Neftçi” “qara zolaq”dan çıxıb?

- Məncə, ardıcıl üç qələbə ilə bu vəziyyətdən çıxa bildik.

-“Zirə” üzərində qələbə sizin üçün asan oldumu?

- İnanmıram ki, hansısa oyun “Neftçi” üçün asan olub. Çünki həmişə vuruşmuşuq, mübarizə aparmışıq. Qələbəmizi əzmkarlıqla qazanırıq. Asan oyun olmadı.

- “Qarabağ”a çatmaq mümkün olacaq?

- Sona qədər mübarizə aparacağıq. Hər oyun qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt çalışacağıq ki büdrəməyək. Bununla daha da yaxınlaşmaq olar.

- Azarkeşlərlə aranız düzəlir? Çünki bu gün istefa şüarı səsləndirmirdilər.

- Hər futbolçu üçün sevincli haldır ki, onu meydanda azarkeşlər dəstəkləsin, qələbəyə ruhlandırsın. Biz hər oyun azarkeş dəstəyini hiss edirik. Əvvəllər başa düşmürdüm ki, onlar niyə tez-tez istefa şüarı səsləndirir. Sevindirici haldır ki, bizi dəstəkləməyə başladılar. Onlardan bunu hər oyun gözləyirik.

-“Qarabağ”ın xal itirməsinə sevinirsiniz?

-Əlbəttə, çempionluğa oynayan klub özündən öndə gedən komandanın xal itirməsini görən sevinir.

Son xəbərlər

Orphus sistemi