Yuxarı

"Neftçi"nin futbolçusu Cənubi Koreya klubuna transfer olunub - RƏSMİ

"Neftçi"nin futbolçusu Cənubi Koreya klubunda

Bakı. 30 yanvar. REPORT.AZ/ "Neftçi” futbolçusu Dario Frederiko ilə yollarını ayırıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu komandanın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının sonuncu günündə ona meneceri vasitəsilə başqa klubdan sərfəli təklif gəldiyini bildirib.

Daha sonra tərəflər arasında bununla bağlı danışıqlar başlayıb. "Neftçi”nin tələb etdiyi kompensasiya Cənubi Koreyanın "Tequ” klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib. 

Qeyd edək ki, Dario Frederiko bu mövsüm "Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb və 3 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi