"Neftçi"nin əsas hücumçusu "Qəbələ" ilə matçda iştirak etməyə bilər

"Neftçi"nin əsas hücumçusu "Qəbələ" ilə matçda iştirak etməyə bilər Bakı. 18 oktyabr. REPORT.AZ/ Neftçi” Azərbaycan Premyer Liqasının 8-ci turunda qarşılaşacağı Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.
Futbol
18 Oktyabr , 2018 18:36
Neftçinin əsas hücumçusu Qəbələ ilə matçda iştirak etməyə bilər

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Neftçi” Azərbaycan Premyer Liqasının 8-ci turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

"Report" klubun saytına istinadən xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Məşqdə Ruslan Abışov, Haiti milli komandasının düşərgəsindən qayıtmaqda olan Soni Mustivar və yüngül zədəsi olan Baqali Dabo iştirak etməyiblər.

Fransalı futbolçunun "Qəbələ” ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır. Hazırlığa sabah oyunöncəsi son məşqlə yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 8-cu turu çərçivəsində oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyunu saat 17:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi