Yuxarı

"Neftçi"nin baş məşqçisi: "Qələbə qazanmaq istəyirdik"

Əsgər Abdullayev Zirə ilə evdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından danışıb

Bakı. 6 dekabr. REPORT.AZ/ "Bu, çox vacib oyun idi. Qələbə qazanmaq istəyirdik. Amma nəticə istədiyimiz kimi alınmadı və 1 xalla kifayətlənməli olduq. Erkən qol buraxdıq. Hesabı bərabərləşdirsək də, istədiyimizi əldə edə bilmədik". "Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev "Zirə" ilə evdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.

Təcrübəli mütəxəssis müdafiə xəttindəki səhvlərdən narazılığını bildirib: "Müdafiədə belə səhvlər etmək düzgün deyil. Bu sarıdan problemlərimiz var. Səhvlər üzərində işləyəcəyik. Hər bir oyunçuya ehtiyacımız var. Bütün futbolçulardan yararlanmağa çalışacağıq. Görüləcək işimiz çoxdur. İnanıram ki, gələcəkdə arzuladığımız oyunla xallar qazanacağıq".

"Neftçi" qolu müdafiə xəttindəki səhvdən sonra buraxıb. Bu, Əsgər Abdullayevin "Neftçi"nin sükanı arxasındakı 4-cü matçında buraxdığı ilk qol və itirdiyi ilk xallar olub. Abdullayev isə bildirib ki, qol buraxmayan, məğlub olmayan komanda yoxdur: "Bu gün qol buraxdıq və bu bizə imkan yaradacaq ki, səhvlərimizi araşdırıb aradan qaldıraq. Kubokda qazanılan qələbə bizi rahatlaşdıra bilməz. Nə etmişik ki, rahatlaşaq? "Neftçi” adına layiq olan yerdə deyil. Bu komanda üçün həmişə 2-ci, 3-cü yerlər faciə, 1-ci pillə isə adi hal kimi qəbul olunub”.

Baş məşqçi, həmçinin Günəşli yatağındakı yanğın nəticəsində həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi