"Neftçi"nin baş məşqçisi: "Burda qalıb işimi görəcəyəm"

"Neftçi"nin baş məşqçisi: "Burda qalıb işimi görəcəyəm" Elxan Abdullayev: "Rəhbərlik mənə güvənir"
Futbol
29 Aprel , 2017 20:19
Neftçinin baş məşqçisi: Burda qalıb işimi görəcəyəm

Bakı. 29 aprel. REPORT.AZ/ "Neftçi" komandasının baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XXVIII turunda evdə "Qarabağ"a 1:2 hesablı məğlubiyyətdən sonra təşkil edilən mətbuat konfransına qatılıb.

"Report"un məlumatına görə, 47 yaşlı mütəxəssis əvvəlcə oyunu şərh edib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün çempiona qarşı oynamışıq. İlk hissədə bərabər oyun getdi. Fasilədən sonra “Qarabağ” təzyiqi artırdı və qollar vurdu. Həyat davam edir. Növbəti mövsümə hazırlaşacağıq.

- Azarkeşsiz oyun xoşunuza gəldi?

- Bu mövzunu şişirtmək istəmirəm. Sadəcə, bəzi azarkeşlər var ki, gəlib söyüş söyürlər. Həmin azarkeşləri nəzərdə tutmuşdum.

- Qış fasiləsində komandanı pis vəziyyətdən çıxaracağınızı dediniz. Amma “Neftçi” mövsümü 7-ci pillədə tamamladı. İndi isə gələn mövsümün daha yaxşı olacağını söyləyirsinz.

- Təəssüf ki, 7-ci pillədə bitirdik. Komandaların sayı çox olsa da, çox maraqlı çempionat oldu. “Qarabağ” və “Qəbələ”ni çıxmaq şərti ilə, qalan komandalar eyni səviyyədə idi. Yeni mövsüm barədə danışmaq hələ tezdir. Qarşıda komandanın iclası olacaq. Ondan sonra bu barədə danışarıq. Vaxtımız çoxdur.

- Hazırkı durumunuzu karyeranızın ən pis dövrü adlandırmaq olarmı?

- Əlbəttə ki, razı deyiləm. Çempion olsaydıq belə, özümdən narazı olacaqdım. “Neftçi”də öz işimin 30 faizini görmüşəm. Hələ qarşıdan daha çox vaxtımız var.

- Vəli Qasımov da ötən il komandanı avrokuboklara apara bilmədi və nəticədə istefaya göndərildi. Onunla fərqiniz nədir?

- Vəli Qasımovla özümü müqayisə etmək istəmirəm. Biz avrokuboklarda iştirak etmək üçün tam hazır olmalıyıq. Bu gün “Neftçi” Avroliqaya hazır deyil. İstəyirik ki, tam hazır olub, uğurlu nəticələr əldə edək.

- Həmişə deyirdiniz ki, mövsümü sonunda görüşərik. İndi mövsümün sonudur, buyurun...

- Söz yox, komanda uğurlu çıxış etmədi. Amma bu barədə danışmaq istəmirəm. Rəhbərlik məni tələsdirmir. Burda qalıb işimi görəcəyəm. Rəhbərlik mənə güvənir və özümü doğruldacam.

Kimsə məni sevməyə bilər. Hər kəsin öz fikri var. Fakt budur ki, "Neftçi"nin baş məşqçisiyəm. Ya dözməlisiniz, ya da vurub öldürməli.

Son xəbərlər

Orphus sistemi