"Neftçi" Moldovaya yollanır

"Neftçi" Moldovaya yollanır “Neftçi” komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sperantsa”sı ilə ilk oyun üçün Moldovaya yola düşür.
Futbol
9 İyul , 2019 11:29
Neftçi Moldovaya yollanır

“Neftçi” komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sperantsa”sı ilə ilk oyun üçün Moldovaya yola düşür.

“Report” xəbər verir ki, paytaxt təmsilçisi Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 12:55-də Bakı-İstanbul-Kişinyov reysi ilə səfərə çıxır. Komanda Moldovanın paytaxtına 24 futbolçu ilə gedir.

Qeyd edək ki, “Sperantsa” ilə ilk oyun iyulun 11-i “Zimbru” stadionunda, cavab matçı isə ayın 18-i “Bakcell Arena”da olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi