"Neftçi" Macarıstanda "Uypeşt"lə görüşdə dəstəksiz qalmayıb - FOTO

"Neftçi" Macarıstanda "Uypeşt"lə görüşdə dəstəksiz qalmayıb - FOTO Budapeşt. 19 iyul. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə Uypeştlə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələn Neftçi komandası azarkeşsiz qalmayıb.
Futbol
19 İyul , 2018 23:18
Neftçi Macarıstanda Uypeştlə görüşdə dəstəksiz qalmayıb  - FOTO

Budapeşt. 19 iyul. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt"lə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələn "Neftçi" komandası azarkeşsiz qalmayıb.

"Report"un Budapeştə ezam olunmuş ezam olunmuş əməkdaşı xəbər verir ki, oyunun keçirildiyi "Ferents Şuşa" stadionunda Avropadakı azərbaycanlılardan ibarət "Milli dəstə" azarkeş qrupunun 30-dək üzvü də var. Onlar matçın startı ərəfəsində "Neftçi"nin futbolçularını tribunaya tərəf çağıraraq, alqışlayıblar. Həmin tribunada yerli fanatlar olmadığından, onlar matçı təhlükəsiz şəraitdə izləyə bilirlər.

Eyni zamanda sərbəst şəkildə oyunu izləməyə gələn bir neçə azərbaycanlı da "Neftçi" rəsmiləri ilə birgə qarşılaşmanı izləyir.

Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0

Son xəbərlər

Orphus sistemi