Yuxarı
    Bağlamaq

    "Neftçi" klubu "Xəzər Lənkəran"ın müraciətini şərtlə cavablandırıb

    Nominal meydan sahibi Xəzər Lənkəran olmalıdır

    Bakı. 17 noyabr. REPORT.AZ/ "Neftçi" futbol klubuna "Xəzər Lənkəran”ın noyabrın 11-də ünvanladığı məktub cavablandırılıb. "Report"un məlumatına görə, paytaxt klubunun rəhbərliyi noyabrın 24-də Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək oyunun “Xəzər Lənkəran” Mərkəzi stadionunun ot örtüyünün əsaslı şəkildə yenilənməsi ilə əlaqədar başqa stadionda təşkilinə etiraz etmədiyini bildirib. 

    Bununla yanaşı, “Neftçi” bəyan edib ki, məşqçilər korpusu, futbolçu heyəti, azarkeş marağını və ən əsası idman prinsiplərinin qorunmasını nəzərə alaraq nominal meydan sahibinin “Xəzər Lənkəran” klubu olaraq qalmasını vacib sayır. 

    Bundan başqa, “Neftçi” XIII turun oyununun keçirilməsi üçün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu təmənnasız olaraq “Xəzər Lənkəran”ın sərəncamına verməyə hazırdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi