"Neftçi" klubu "Xəzər Lənkəran"ın müraciətini şərtlə cavablandırıb

"Neftçi" klubu "Xəzər Lənkəran"ın müraciətini şərtlə cavablandırıb "Nominal meydan sahibi "Xəzər Lənkəran" olmalıdır"
Futbol
103
17 Noyabr , 2014 20:16
Neftçi klubu Xəzər Lənkəranın müraciətini şərtlə cavablandırıb

Bakı. 17 noyabr. REPORT.AZ/ "Neftçi" futbol klubuna "Xəzər Lənkəran”ın noyabrın 11-də ünvanladığı məktub cavablandırılıb. "Report"un məlumatına görə, paytaxt klubunun rəhbərliyi noyabrın 24-də Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək oyunun “Xəzər Lənkəran” Mərkəzi stadionunun ot örtüyünün əsaslı şəkildə yenilənməsi ilə əlaqədar başqa stadionda təşkilinə etiraz etmədiyini bildirib. 

Bununla yanaşı, “Neftçi” bəyan edib ki, məşqçilər korpusu, futbolçu heyəti, azarkeş marağını və ən əsası idman prinsiplərinin qorunmasını nəzərə alaraq nominal meydan sahibinin “Xəzər Lənkəran” klubu olaraq qalmasını vacib sayır. 

Bundan başqa, “Neftçi” XIII turun oyununun keçirilməsi üçün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu təmənnasız olaraq “Xəzər Lənkəran”ın sərəncamına verməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi