"Neftçi" klubu rumıniyalı hücumçu transfer edib

"Neftçi" klubu rumıniyalı hücumçu transfer edib Klub Katalin Tira ilə müqavilə imzalayıb
Futbol
2 Avqust , 2016 00:49
Neftçi klubu rumıniyalı hücumçu transfer edib

Bakı. 2 avqust. REPORT.AZ/ "Neftçi” klubu yeni legioner transfer edib. 

"Report"un klub saytına istinadən verdiyi məlumata görə, klub Katalin Tira ilə müqavilə imzalayıb.
22 yaşlı rumıniyalı hücumçu növbəti 1 il ərzində "ağ-qaralar"ın formasını geyinəcək.
2009-2010-cü illərdə İtaliyanın "Udineze”, 2010-2013-cü illərdə isə "Latsio” klublarının formasını geyinmiş Tira 2013-cü ildə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb. 2013/14 mövsümünü Hollandiyanın "Den Haaq” klubunda keçirmiş hücumçu daha sonra vətəninə qayıdıb. 

2014-2016-cı illərdə Rumıniyanın "Braşov” və "Konkordia” klublarında çıxış etmiş Tira son klubu Buxarest "Rapid”i olub.

Son xəbərlər

Orphus sistemi