“Neftçi” klubu Rəşad Sadiqovla müqavilə bağlayıb

“Neftçi” klubu Rəşad Sadiqovla müqavilə bağlayıb Emin Mahmudovun da “Neftçi”yə qoşulacağı gözlənilir
Futbol
11 Sentyabr , 2017 14:44
“Neftçi” klubu Rəşad Sadiqovla müqavilə bağlayıb
Neftchipfk.com

Bakı. 11 sentyabr. REPORT.AZ/ “Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib. 

Bu barədə “Report”a paytaxt təmsilçisinin Media və Marketinq Departamentinin rəisi Rüstəm Əfsərli məlumat verib.

O bildirib ki, “ağ-qaralar” Rəşad Sadiqovla cari mövsümün sonuna qədər müqavilə bağlayıb. Həmçinin Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun da “Neftçi”yə qoşulacağı gözlənilir.

Qeyd edək ki, Rəşad Sadiqov karyerası ərzində "Şəfa”, "Qarabağ”, "Neftçi”, MOİK, "Xəzər Lənkəran” və "Qəbələ” klublarının formasını geyinib. O, bu ilin mayında “Zirə” ilə birillik müqavilə bağlasa da, iyulun 24-də klubdan kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi