Yuxarı

"Neftçi" klubu Makedoniya və onun ətrafındakı ölkələrdə yaşayan azərbaycanlılara müraciət edib

Şkendiya ilə səfər oyununa gələn azarkeşlərə pulsuz bilet veriləcək

Bakı. 18 iyul. REPORT.AZ/ "Neftçi" futbol klubu Makedoniya və yaxınlığındakı ölkələrdə yaşayan azərbaycanlılara müraciət edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciət Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Skopyedə keçiriləcək "Şkendiya" - "Neftçi" matçı ilə əlaqədar ünvanlanıb.

"Hər matçda olduğu kimi, bu oyunda da komandamızın azarkeş dəstəyinə ehtiyacı var. Bu səbəbdən Makedoniyada və ona yaxın ölkələrdə yaşayan həmvətənlərimizi “Şkendiya” – “Neftçi” matçına dəvət edirik. Oyuna gələcək azarkeşlər “Neftçi” tərəfindən biletlə təmin olunacaqlar" - deyə bildirilir.

Qeyd edək ki, iyulun 21-də “Filip II Makedonski” stadionunda keçiriləcək “Şkendiya” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi