"Neftçi" klubu Makedoniya və onun ətrafındakı ölkələrdə yaşayan azərbaycanlılara müraciət edib

"Neftçi" klubu Makedoniya və onun ətrafındakı ölkələrdə yaşayan azərbaycanlılara müraciət edib "Şkendiya" ilə səfər oyununa gələn azarkeşlərə pulsuz bilet veriləcək
Futbol
18 İyul , 2016 13:30
Neftçi klubu Makedoniya və onun ətrafındakı ölkələrdə yaşayan azərbaycanlılara müraciət edib

Bakı. 18 iyul. REPORT.AZ/ "Neftçi" futbol klubu Makedoniya və yaxınlığındakı ölkələrdə yaşayan azərbaycanlılara müraciət edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciət Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Skopyedə keçiriləcək "Şkendiya" - "Neftçi" matçı ilə əlaqədar ünvanlanıb.

"Hər matçda olduğu kimi, bu oyunda da komandamızın azarkeş dəstəyinə ehtiyacı var. Bu səbəbdən Makedoniyada və ona yaxın ölkələrdə yaşayan həmvətənlərimizi “Şkendiya” – “Neftçi” matçına dəvət edirik. Oyuna gələcək azarkeşlər “Neftçi” tərəfindən biletlə təmin olunacaqlar" - deyə bildirilir.

Qeyd edək ki, iyulun 21-də “Filip II Makedonski” stadionunda keçiriləcək “Şkendiya” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi