"Neftçi" klubu Avropa Liqasında mərhələ adlayıb

"Neftçi" klubu Avropa Liqasında mərhələ adlayıb "Bakcell Arena"da keçirilən qarşılaşmadan qonaqlar qalib ayrılıb
Futbol
7 İyul , 2016 22:12
Neftçi klubu Avropa Liqasında mərhələ adlayıb

Bakı. 7 iyul. REPORT.AZ/ Bu gün "Neftçi" klubu Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Maltanın "Baltsan" klubunu qəbul edib. "Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilən qarşılaşmadan qonaqlar qalib ayrılıb.

Oyunun ilk dəqiqələrindən hücuma keçən meydan sahibləri istəyinə 20-ci dəqiqədə çatıb. "Ağ-qaralar"ın heyətində Jayro rəqibi məyus edib. Komandalar qarşılıqlı hücumlar etsələr də ilk hissədə hesab dəyişməyib.

İkinci yarıya qonaqlar daha aktiv başlayıb. Lidon Miçallef 51-ci dəqiqədə "Neftçi" azarkeşlərini məyus edib. Cəmi 6 dəqiqə sonra Miçallef təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Hücumların kəsərini artıran "Baltsan" bir dəfə qol sevinci yaşayıb. 67-ci dəqiqədə Miçallef dubl edib. Oyun bu hesabla da başa çatıb.

Məğlubiyyətə baxmayaraq, "Neftçi" mərhələ adlayan tərəf olub. Bakı klubunun II təsnifat mərhələsindəki rəqibi "Krakoviya” (Polşa) - "Şkendiya” (Makedoniya) cütünün qalibi olacaq. Makedoniya klubu ilk oyunda 2:0 hesablı qələbə qazanıb.

İlk oyun iyulun 14-də Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi