"Neftçi" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb

"Neftçi" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb AZAL minimal hesabla məğlub edilib
Futbol
27 Fevral , 2017 17:28
Neftçi Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb

Bakı. 27 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. "Report"un məlumatına görə, həftənin açılış oyununda AZAL klubu "Neftçi" komandasını qəbul edib.

Şüvəlanda baş tutan görüşün taleyini bir qol həll edib. Matçın 4-cü dəqiqəsində qonaqların ispaniyalı hücumçusu Daniel Seqoviyanın vurduğu qol "Neftçi"yə qələbə qazandırıb.

Bu qalibiyyətdən sonra "Neftçi" xalını 20-yə çatdırsa da, turnir cədvəlində 6-cı, AZAL isə 8 xalla 8-ci pillədə qalıb.

Azərbaycan Premyer Liqası, XX tur

AZAL – "Neftçi” - 0:1

Qol: Daniel Seqoviya, 4

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Eldəniz Musayev Hakim-inspektor: Vüsal Əliyev

"AZAL Arena”

İlk iki dövrə - 0:2, 1:0

Son xəbərlər

Orphus sistemi