"Neftçi" 5 futbolçu ilə yollarını ayırıb - RƏSMİ

"Neftçi" 5 futbolçu ilə yollarını ayırıb - RƏSMİ Bakı. 12 iyun. REPORT.AZ/ Neftçi” klubu 5 futbolçusu ilə yollarını ayırıb.
Futbol
12 İyun , 2018 16:56
Neftçi 5 futbolçu ilə yollarını ayırıb - RƏSMİ

Bakı. 12 iyun. REPORT.AZ/ "Neftçi” klubu 5 futbolçusu ilə yollarını ayırıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadiqov, İqnasio Errera, Derlis Meza Kolli və Elnur Cəfərovla müqavilə yenilənməyib. İlkin Qırtımovla müqaviləyə isə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, ötən mövsüm İqnasio Errera 33 (8 qol), Derlis Meza Kolli 30 (1 qol), Rəşad Sadiqov 24 (1 qol), Elnur Cəfərov 9, İlkin Qırtımov isə 8 oyunda meydana çıxıb.

Son xəbərlər

Orphus sistemi